
Vaxtilə Ramiz Mehdiyevin yolunu kəsdiyi şəxslərdən biri xalq şairi Vahid Əziz olub. Ramiz Mehdiyev hətta, xalq şairini məhkəməyə belə verib.
Xalq şairi Vahid Əziz açıqlamasında bildirib ki, Ramiz Mehdiyevlə onun arasında söhbətlər 20 il əvvəl olub:
“Bu məsələdən artıq xeyli vaxt keçib. Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir. Heç vaxt yıxılana balta çalmıram. Ramiz Mehdiyev qoca kişidir, getsin ömrünü yaşasın. O vaxtı mənə nə pislik edibsə, edib. Mən öz yerimdəyəm. Allah məni saxlayıb. Onun da günahlarını özü bilər, Allahı bilər. Həyatda hər şey olur. Adam xırdaçı olmaz”.
Tehsil-press.az