Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) fakt təsdiqlənib.
"Məlumata görə, Daşkəsən rayon sakini, 1979-cu il təvəllüdlü Samir Əhməd oğlu Səmədovun idarə etdiyi MAN markalı 60 AC 426 dövlət nömrə nişanlı yük maşını "Leksus" markalı 77 GE 211 dövlət nömrə nişanlı avtomobili və onun yanında dayanmış sürücü - 1983-cü il təvəllüdlü Kamil Əlövsət oğlu Sərməsovu vurub.
Nəticədə Kamil Sərməsov hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, Kamil Sərməsov keçmiş ANS telekanalının məşhur layihələrindən olmuş "Toylar Kralı"nın finalçılarından idi.
Tehsil-press.az












