Dünyanın bir sıra media qurumları İranın pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumları ilə bağlı Prezident İlham Əliyevin sərt reaksiyasını geniş işıqlandırıb.Bir sıra nüfuzlu beynəlxalq informasiya agentlikləri və qəzetlər, xəbər saytları və portallar Azərbaycan rəhbərinin hadisəni “terror aktı” kimi qiymətləndirdiyini və rəsmi Bakının cavab tədbirləri hazırladığını diqqətə çatdırıblar.
Bunların sırasında, “Röyters” agentliyi, Almaniyanın “Şpiegel”, “Zeit”, “Handelsblatt”, “Tagesspiegel”, “Bild”, “Berliner Zeitung” qəzet və jurnalları, “Tagesschau” və “Welt” telekanalları, eləcə də digər media qurumları bu barədə silsilə xəbərlər yayımlayıb.
Türkiyənin aparıcı televiziya kanalları, informasiya agentlikləri, çap mediası və xəbər saytları, o cümlədən “TRT Haber”, “CNN Türk”, “Habertürk”, “Haber Global”, “Sabah”, “Hürriyet”, “Milliyet”, “Star” və digər media qurumları Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını və İran tərəfindən Azərbaycana qarşı törədilmiş terror aktını geniş işıqlandırıb.
Çinin milli xəbər agentliyi “Sinxua”nın, Çin Mərkəzi Televiziyasının, Çin Xəbər Xidmətinin internet səhifələrində, digər xəbər portallarında mövzu ilə bağlı informasiyalar yerləşdirilib.
ABŞ-ın aparıcı media orqanları da mövzuya geniş yer verib. CNN, “Assoşeyted Press”, “ABC Nyus”, “CBS Nyus”, “Foks Nyus” və digər aparıcı media orqanları mövzunu günün əsas xəbəri kimi işıqlandırıb.
Fransanın “France24”, “Le Monde” və digər media qurumları Azərbaycan Prezidenti İlham Əliyevin hadisə ilə bağlı bəyanatını geniş işıqlandırıblar.
“Channel News Asia”, “UPI”, “The Canberra Times”, “Eurasianet”, “Devdiscourse” və digər beynəlxalq media qurumları Azərbaycan Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasında səsləndirdiyi bəyanatından sitatlar gətiriblər.
“Intellinews”, “OC Media”, “Times of Israel”, “Middle East Eye”, “News24”, “Daily Mail”, “The New Region” və digər media platformaları da Prezident İlham Əliyevin çıxışına istinad edərək Azərbaycanın təhlükəsizlik qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirildiyini yazıblar.
Bəzi nəşrlər, o cümlədən “TimesCA”, “Orlando Sentinel”, “20 Minutos” və “Independent” hadisənin regionda gərginliyi artırdığını qeyd edərək Azərbaycanın mümkün cavab addımları üzərində işlədiyini bildiriblər.
Rusiyanın RBC, “Vedomosti”, “RIA Novosti”, “Interfax”, “Komsomolskaya Pravda”, “Lenta.ru”, “Meduza”, “Rossijskaya qazeta” və digər informasiya resursları da Prezident İlham Əliyevin bəyanatına geniş yer ayırıb.
Rumıniyanın bir sıra aparıcı media orqanları -“News.ro”, “Newsweek Romania”, “Rador”, “Gandul” xəbər portalları, “Euronyus Romania” da mövzuya toxunub.
Yunanıstan mediası - "ERT Nyus" "SKAI" "CNN Greece" "Capital.gr" "Liberal.gr" "Kanaliena" Prezident İlham Əliyevin fikirlərinə geniş yer ayırıb.
Dövlətimizin başçısının çıxışı Gürcüstan mediasının da diqqət mərkəzində olub.
“İnterpressnews.ge”, “imedinews.ge”, “bpn.ge”, “1tv.ge”, “radiotavisupleba.ge”, “qafqazturk.com”, “aktual.ge”, “interpress.ge”, “24news.ge”, “rustavi2.ge”, “palitranews.ge” informasiya portalları, radio və televiziyaları Prezident İlham Əliyevin İran tərəfindən Naxçıvan Muxtar Respublikasının ərazisinə dron hücumlarını qətiyyətlə pislədiyini bildirir.
Tehsil-press.az






