
Ölkəmizdə oxşar qərarlar verilə bilərmi?
Sosioloq Lalə Mehralı deyib ki, bir çox ölkələrdə uzunömürlü ailələrə müəyyən imtiyazlar verilir:
“Dövlətin mükafatı, güzəştləri buna nümunədir. Həmin ölkələr effektini də görüblər. Rusiya da bu üsuldan istifadə etmək fikrindədir. Kifayət qədər qənaətbəxş olduğunu düşünürəm. Çünki ailələrin uzunömürlülüyünə xidmət edən istənilən mexanizm cəmiyyətə də yaxşı təsir edirsə, xoş qarşılanır”.
Sosioloq bildirib ki, dövlətin bu cür addımları ailə təməlinin möhkəm olmasına xidmət edir:
“Azərbaycanda da boşanmalarla bağlı problem var və hətta böhran dövrünü yaşayırıq. Ölkəmizdə cütlüklərin ildönümündə birdəfəlik nəğd ödənişlərin olması müsbət nəticələnə bilər. 15, 20, 30, 40 il – hər dövr üçün mükafatların, imtiyazların təyin edilməsi mümkündür. Boşanmaların qarşısını almaq üçün ediləcək kiçik bir iş belə faydalıdır. Əks halda, bu gedişlə Azərbaycanda evli cütlük qalmayacaq”.
Tehsil-press.az