
Bu sözləri ARB-nin efirində qonaq olan aktyorlar Elvin-Elvina cütlüyü deyib.
Aktrisa bildirib ki, şərhləri oxuduqca kədərlənir:
"Elvini Allah saxladı. Demək ki, yaşaması lazım imiş. Həmkarlarımızın vəfatı bizi üzür. Amma kiminsə gəlib mənfi rəylər yazmasını anlaya bilmirik. Elvin yaşadı deyə günahkarmı oldu?"
Qeyd edək ki, aktyor Elvin Ağayev qaraciyər serrozundan əziyyət çəkirdi.
Tehsil-press.az