Ərdoğan İrana gedən yolu dəyişdi - “Yeni Osmanlının əsası qoyulur”

Ərdoğan İrana gedən yolu dəyişdi - “Yeni Osmanlının əsası qoyulur” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada müasir Osmanlı İmperiyasının əsasını qoyur. Suriya artıq Suriya deyil, formalaşmaqda olan yeni Osmanlı İmperiyasının tərkib hissəsidir.

Bu barədə Türkiyənin “Star” qəzeti İsrail mətbuatına istinadla yazır.

Məlumatda bildirilir ki, Dəməşqdə baş verən hakimiyyət dəyişikliyi Suriyanın yeni lideri Əhməd Şəra yox, Türkiyənin bölgədə artan təsir və gücü baxımından dəyərləndirilməlidir:

“Suriyadakı son hadisələrin ən böyük qazananı Türkiyədir. Bu gəlişməyə rəhbərlik edən Prezident Ərdoğan həm də Türk Dövlətləri Təşkilatı və Suriyadakı nüfuzundan istifadə edərək, Səudiyyə Ərəbistanı ilə əlaqələrini də gücləndirib, Qərbə enerji xərclərini azaldacaq və məsafəni qısaldacaq İrana alternativ enerji nəqli yolunun memarıdır.

Ərdoğan öz üstünlüyünü möhkəmləndirərək, bölgə və Qərbi Ankaradan daha ucuz enerjidən asılı vəziyyətə salacaq bir marşrut yaratmağı hədəfləyir. İsrail-Səudiyyə-ABŞ ittifaqı rəsmiləşməyənə qədər bu, həqiqətən də baş verəcək”.

Tehsil-press.az

Oxşar xəbərlər