
Xəbərə video əlavə olunub. Anbaan görüntülərər.
06:53
Kanadada təyyarə qəzasında yaralananların sayı 17-yə çatıb
Kanadada Toronto hava limanında Delta Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması zamanı yaralananların sayı 17-yə yüksəlib.
Bu barədə CTV telekanalı məlumat yayıb.
Məlumata görə , təyyarədə 76 sərnişin və 4 ekipaj üzvü olub, onlardan 17 nəfəri xəstəxanaya yerləşdirilib.
Onlardan biri uşaq olmaqla üç nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
------------
00:52
Delta aviaşirkətinə məxsus təyyarə Kanadada Toronto hava limanında qəzaya uğrayıb.
Qəza nəticəsində azı 8 nəfər xəsarət alıb. İlkin məlumata görə ekipaj üzvləri və sərnişinlərin hamısı sağdır.
Telekanalın məlumatına görə, hadisə təyyarənin enməsi zamanı baş verib. Belə ki, düzgün eniş edə bilməyən təyyarə arxası üstə çevrilib.
Modeli açıqlanmayan təyyarənin ABŞ-nin Minneapolis şəhərindən uçduğu bildirilir./APA
Tehsil-press.az