Anası ilə mübahisə edən Sadiq intihar edib? - Mərdəkanda baş verən avtoqəzanın yeni DETALLARI

Anası ilə mübahisə edən Sadiq intihar edib? - Mərdəkanda baş verən avtoqəzanın yeni DETALLARI Fevralın 16-sı axşam saatlarında Mərdəkan-Buzovna yolunun Qala qəsəbəsindən keçən ərazisində avtoqəza nəticəsində həlak olan sürücü ilə bağlı bəzi detallar məlum olub.

Sürücü Sadiq Nurlan oğlu Mikayılov əslən Zərdab rayonundandır.

18 yaşı olan Sadiq Mikayılovun atası onu hələ uşaq olanda tərk edib. Bundan sonda anası oğlunu da götürüb özü ilə bərabər Bakıya gəlib. Qəzadan öncə Sadiq Mikayılov anası ilə rayona qayıtmaq üstündə mübahisə edib.

O Zərdaba qayıtmaq istəsə də, anası maddi çətinliklərdən dolayı qayıtmaq istəməyib. Bundan sonra S.Mikayılov intihar edəcəyini söyləyib.

Onun bilərəkdən qəza etdiyi söylənir.

10:42

Fevralın 16-sı axşam saatlarında Mərdəkan-Buzovna yolunun Qala qəsəbəsindən keçən ərazisində avtoqəza nəticəsində həlak olan sürücü ilə bağlı maraqlı təfərrüat məlum olub.

77-FS-511 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü Sadiq Nurlan oğlu Mikayılov yüksək sürət həvəskarı imiş.

Belə ki, o, dəfələrlə 160, 200 km/saat sürətlə hərəkətdə olduğu zaman bunun videosunu çəkərək "TikTok"da paylaşıb:

Anası ilə mübahisə edən Sadiq intihar edib? - Mərdəkanda baş verən avtoqəzanın yeni DETALLARI


Tehsil-press.az


Oxşar xəbərlər