DSX-dən əməliyyat: saxlanılanlar var

DSX-dən əməliyyat: saxlanılanlar var Fevral ayının 14-də saat 23:05-də Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Daxili İşlər Nazirliyi ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Bu barədə DSX məlumat yayıb.

Ümumi çəkisi 8 kiloqram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirən Əfqanıstan İslam Respublikası vətəndaşı – 2003-cü il təvəllüdlü Abdulnaser Noorzai və cinayətkar qrupun digər üzvü Azərbaycan Respublikası vətəndaşı – 1986-cı il təvəllüdlü Sadıq Tapdıq oğlu Alıkişiyev saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər