Amerikalı dietoloqlar kərə yağının zərərli olduğu fikrini təkzib ediblər.
Tehsil-press.az-a "EurekAlert" portalına istinadən xəbər verir ki, araşdırmanın nəticələri barədə məqalə "Plos one" jurnalında dərc edilib. Pəhriz üzrə ixtisaslaşmış alimlər hesab edirlər ki, kərə yağının istifadəsi ölüm hallarının artması, ürək-damar xəstəliklərinin yaranması ilə əlaqəli deyil. Əksinə, kərə yağı ikinci növ şəkərli diabetin yaranmasının qarşısını alır. Amma alimlər qeyd edirlər ki, kərə yağı insan tərəfindən sutka ərzində 14 qram (təxminən 1 xörək qaşığı) həcmində qəbul olunduqda zərərli sayılmır. Eyni zamanda tədqiqatçıların fikrincə, bitki tərkibli yağlar (zeytun, pambıq, soya, raps) kərə yağı ilə müqayisədə daha üstün tutulmalıdır.
Tehsil-press.az[/size]