Bu məhsulun Azərbaycana gətirilməsi əhalidən niyə gizlədilir? - Açıqlama

Bu məhsulun Azərbaycana gətirilməsi əhalidən niyə gizlədilir? - Açıqlama “Azərbaycanda satılan bir sıra yağlar var ki, bitki yağı olduğu bildirilir. Amma onun etiketinə mənşəyini yazmırlar. Biz güman edirik ki, bunlar palma yağıdır. Azad İstehlakçılar Birliyi olaraq istehlakçının məlumat almaq hüququnun tanınmasını istəyirik”.

Bunu Bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
O qeyd edib ki, palma yağının zərəri barədə mətbuatda tez-tez yazılar dərc olunur:

“Bu yağ müsəlman ölkələrində, Malayziya və İndoneziyada istehsal olunur və ucuz başa gəlir. Bu yağın MDB-nin duru yağ bazarına buraxılmaması üçün böyük media basqısı həyata keçirilir”.

Ekspert əslində palma yağlarının bir çox ölkələrdə satıldığını bildirib:

“O cümlədən ən həssas qida olan körpə yeməklərinin tərkibində də palma yağı var. Braziliyadan palma yağı alıb gətirmişəm. Həmin yağı burada açıq şəkildə satırlar”.
E.Hüseynov palma yağının iki növü olduğunu bildirib:

“Bunun biri sənaye məqsədi ilə, digəri isə qida üçün hazırlanır. Qida üçün olanı palma yağının çəyirdəyindən hazırlanır. Bunlar normal yağlardır və qidada rahat istifadə oluna bilər. Azərbaycana da külli-miqdarda palma yağı gətirilir, lakin nədənsə bu, əhalidən gizlədilir. Görünür, bu da MDB məkanında media basqısına görədir”.
Ekspert qida üçün nəzərdə tutulan palma yağının zərərli olmadığını deyib:

“Bu yağın qida üçün olanı heç də zərərli deyil və AQTA buna ciddi nəzarət edir. Ona görə də güman etmirəm ki, sənaye üçün olan palma yağları Azərbaycanda qida üçün istifadə olunsun. Bu, mümkün deyil. Lakin biz birmənalı şəkildə AQTA və istehsalçılardan tərkibinə palma yağı qarışdırılıb istehsal olunan malların etiketində bunun yazılmasını tələb edirik”.

Xatırladaq ki, bir neçə günə əvvəl iqtisadçı ekspert Akif Nəsirli Bakupost.az -a ölkəyə gətirilən bu yağlarınn palma meyvəsinin toxumundan, yoxsa lətindən hazırlandığı göstərilmir:

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə bəyan edirlər ki, palma yağını sabun sənayesində istifadə etmək üçün gətirirlər. Əslində isə onu ərzaq məhsullarının tərkibinə qatılır. Əldə edilən qazanc çox olduğu üçün də palma yağının idxalı ildən-ilə artır”.

Qeyd edək ki, Danimarka, Litva və İtaliyada palma yağlarının idxalına qadağa qoyulub. Azərbaycana isə bu ilin birinci rübündə xaricdən 13,6 milyon dollar dəyərində 11 min 880 ton palma yağı gətirilib”.

Tehsil-press.az

Oxşar xəbərlər