Artıq bir neçə ildir ki, ölkə bazarlarında nehrə yağı adı altında saxta, keyfiyyətsiz yağlar satışa çıxarılır. Orqanizm üçün zərərli olan bu yağlar xaricdən gətirilən uçuz və keyfiyyət göstəriciləri aşağı olan məhsullardan, mənşəyi məlum olmayan qatqılardan hazırlanır.
Dəfələrlə müvafiq qurumlar tərəfindən aparılan yoxlamalar zamanı belə faktlar aşkarlansa da, görülən tədbirlər yetərli deyil. Çünki hələ də bazar və marketlərdə alıcılara ucuz və saxta nehrə yağı satılır. Əsasən də metro çıxışlarında, bazar və kiçik marketlərdə satılan “nehrə yağları” nın qiyməti digər yağlarla müqayisədə çox ucuzdur. Yağların bir kiloqramı alıcılara 5, 6, 7 manata təklif olunur.
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bakupost.az -a bildirib ki, keyifyyətli yağ açıq-sarı rəngdə, qoxusuz olmalı və çörəyin üzərinə əlavə etdikdə tam bircinsli şəkildə yayılmalıdır, bıçağa yapışmamalıdır:
“Bu gün nehrə yağı adı altında satılan “məhsullar” əsl nehrə yağı deyil. Bu yağların kiloqramı alıcılara 5-6 manata təklif olunur. 1 kiloqram yağın alınması üçün ən azı 20-25 litr normal süd lazımdır. Südün qiymətini, üstəlik emal və digər xərcləri də nəzərə alsaq görərik ki, burada uyğunsuzluq var”.
Mütəxəssisin sözlərinə görə, satılan nehrə yağlarının çox hissəsinin tərkibi trans, palma yağları, müxtəlif dadlandırıcı, rəngləndiricilərdən ibarətdir:
“Bu cür yağlardan mütəmadi istifadə nəticəsində mədə-bağırsaq və qan-damar sisteminin fəaliyyəti pozulur. Belə yağlar orqanizm tərəfindən həzm olunmur və ürək-damar tıxanıqlığına gətirib çıxarır. Bu isə ani ürək dayanmasına və qəfil ölümlərə belə səbəb ola bilər".
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovun sözlərinə görə, vaxtilə kəndlərdə təmiz nehrə yağı hazırlayıb gətirib Bakıda satırdılar. Bir müddətdən sonra isə kəndlərdə bu məhsulu hazırlayanlar “ustalaşdı” və nehrə yağına qatqılar əlavə olunmağa başladı:
"Bitki yağları, Azərbaycana Afrika ölkələrindən gətirilən palma yağı, marqarin və digər yağlar qatıldı. Hətta heyvanın iç yağını da əridib nehrə yağına qatdılar. Nehrədə hazırlanan yağa hər hansı qatqı əlavə etmək mümkün deyildi. Amma indi xüsusi aparatlar var ki, onların vasitəsi ilə bunu etmək mümkündür. İndiki kərə yağlarının tərkibində 10 faiz kərə yağı var. Qalan hissəsi qatqılardır. Nehrə yağına qatılan yağların maya dəyəri çox ucuzdur. Məsələn, palma yağının kiloqramı 1 manat 50 qəpiyə başa gəlir. Marqarin daha ucuzdu. Ona görə də “nehrə yağı” satanlara bu sərf edir. 3-4 manata başa gələn yağı 7 manata satırlar. Başı çıxanlar bu yağın əsl nehrə yağı olub-olmadığını qoxusundan bilir. Əsl nehrə yağının spesifik qoxusu var. Ondan tanımaq olur ki, bu yağ nehrə yağıdır, ya yox. Amma onu da kənddə böyüməyən, təsərrüfatda işləməyənlər bilmirlər axı. Ona görə də aldanırlar. Bunu yalnız laboratoriyada müəyyən etmək mümkün olur. Bir də başı çıxanlar nehrə yağını qoxusundan ayırd edə bilir. Ancaq indi kərə yağı dadı verən yağlar istehsal edib, tərkibinə o ətri verən fermentlər əlavə edirlər, elə bilirsən kərə yağıdır. Bu yolla da istehlakçıları aldadırlar. Mən əminəm ki, işbazların bu işi barədə müəyyən strukturlarda məlumatlar var. Amma onlara bu vəziyyət sərf edir. Görünür ki, hansısa formada dil tapırlar və onlara heç kəs heç nə demir. Bu işin üstünə çox ciddi şəkildə düşülməlidir. Çünki ölkə əhalisi bu vəziyyətdən çox əziyyət çəkir”.
Vahid Məhərrəmov bildirib ki, Azərbaycan əhalisi ürək xəstəliyindən ölümə görə Tacikistandan sonra dünyada ikinci yeri tutur:
“Ürək xəstəliyini yaradan xolesterindir. Bu yağlarda da xolesterinin miqdarı həddindən artıq çoxdur. Hazırda Azərbaycanda ən keyfiyyətsiz qida məhsulları satılır. Ona görə də müxtəlif xəstəliklərdən əziyyət çəkənlərin sayı artır. Problem çox ciddidir və onun qarşısı alınmalıdır”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyun Hüseynov bildirib ki, nehrə yağı adı altında alıcılara təklif olunan məhsul vaxtı keçmiş bitki yağlarının qarışıqından hazırlanır. Onun sözlərinə görə, satışda olan nehrə yağları əsasən, alt südündən hazırlanır:
"Alt südü dediyimiz isə təmiz südün qaymağının altında qalan üzsüz südə deyilir. Hansı ki onun 94 faizi sudan ibarət olur. Onun içərisinə də ən ucuz, vaxtı keçmiş və atılmalı olan marqarinləri atıb qarışdırırlar. Bu yolla hazırlanan yağlar bazara gətirilir və şəhər əhalisi buna aldanır. Bu yağlar kustar üsulla hazırlanır. Üzlü südü sərəndə ondan qaymaq əmələ gəlir. Bu qaymağı da yığanda ondan yağ əmələ gəlir. 20 litr südün qaymağından 1 kilo yağ əmələ gəlir. Qaymaqdan qalan 4 faizi sudur, qalanı da süd qalıqları. Bu yağı hazırlayan şəxslər də ən ucuz marqarinləri, donmuş bitki yağlarını alaraq bu qarışıma tökür və qaynadırlar. Lakin nə qədər qaynatsalar da yağ ilə süd qarışmır. Bundan sonra isə həmin mayeni homalizator deyilən aparata tökürlər. Aparat həmin qarışı bircinsli məhlula çevirir. Bu da ağ rəngli yağlı süd olur.
Əgər biz bunu sərsək, o təzdən qaymaq olur və qaymaqdan yağ hazırlanır. Bu yağ da kərə yağına bənzəyir. Əgər biz bu yağı laboratoriyaya versək, laboratoriya da bilməyəcək ki, bu yağ bitki yağıdır, ya təmiz yağdır. Çünki laboratoriya həmin yağda süd turşularını axtaracaq və bu turşular da həmin yağlarda var. Beləcə transyağların qarışımı olan və əhalinin aldanıb aldığı "kənd yağı" ortaya çıxır”.
Tehsil-press.az