8 yaşlı uşağı oğurlayan “İŞİD-çi” danışıb – (Video izlə)

8 yaşlı uşağı oğurlayan “İŞİD-çi” danışıb – (Video izlə) Faktla bağlı cinayət məcəlləsinin 144.3 maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir

“İŞİD-lə bağlı saytlara baxıb bu hərəkəti etmişəm”. Bu sözləri özünü İŞİD-çi kimi təqdim edən və 8 yaşlı uşağı oğurlayan Elnur Məmmədov deyib. “Atasına birinci növbədə 10 min, daha sonra 20 min verəcəyini bildirdim. Saat 9-da yenidən ona zəng elədim və Ramanada sahə 2 deyilən ərazidə qara qapı var, demişdim ki, pulu qoysun ora. Pulu götürəndə polis əməkdaşları məni yaxaladılar” – deyə təqsirləndirilənm şəxs bildirdi. Elnur Məmmədov 8 yaxşı Hüseyn Ramazanlını mayın 9-da qaçırıb. Bu haqda polis əməkdaşlarına uşağın atası Elnur Ramazanlı məlumat verib. Ata bildirib ki, mobil telefonuna dəfələrlə zəng edilərək oğlu Hüseyni girov götürülməsi barədə məlumat verilib. Elnur Məmmədov uşağın azad edilməsi müqabilində 30 000 manat pul istəyib, polisə bu barədə məlumat veriləcəyi təqdirdə uşağın orqanlarını çıxarıb satacağı ilə Hüseynin valideynlərini şantaj edib.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Abşeron rayon sakini Elnur Məmmədov tutulub.
Hüseynin qonşusu 12 yaşlı Ülvü bildirib ki, əvvəlcə onu oğurlamaq istəyiblər. Lakin Ülvü “atam məni bura gələndə gördü” deyərək qaça bilib. “Daha sonra mənim başqa bir sinif yoldaşımı oğurlamaq istədilər lakin alınmadı və 2 gün bundan əvvəl həyətdə velosiped sürərkən gəlib Hüseyini qaçırdıblar” – deyə uşaq bildirib.
Şəhərcikdə tikintisi başa çatmamış ikimərtəbəli tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan Hüseyn tapılaraq valideynlərinə təhvil verilib. Hüseynin anası Ramilə Ramazanlının sözlərinə görə, bu hadisədən bərk qorxub. Ailə başçısı oğlu Hüseyinlə ekspertizada olduğundan onlarla görüşmək mümkün olmayıb.
8 yaşlı uşağı qaçırıb bu yarıtikilidə girov saxlayan Elnur Məmmədovun bu ayın axırında toyu olacaqmış. 12 yaşlı Ülvü sözlərinə görə, Elnur Hüseyinə deyib ki, o adam oğurluğunu Türkiyə telekanallarında efirə gedən “Arka Sokaklar” serialından öyrənib . Faktla bağlı cinayət məcəlləsinin 144.3 (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.





Tehsil-press.az

Oxşar xəbərlər