
Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov Ermənistanın Xankəndidə vəfat etmiş erməniəsilli Ağasyan Vera Varaşakovnanın meyitinin təhvil alınmasına 5 aydır heç bir münasibət bildirmədiyini açıqlamışdı.
Xatırladaq ki, 70 yaşlı Vera Ağasyan 2024-cü ilin oktyabrın 20-si yaşadığı ünvanda vəfat edib. Ölümlə bağlı aidiyyəti orqan tərəfindən məhkəmə-tibbi ekspertiza təyin olunub və qadının ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığından vəfat etdiyi məlum olub. V. Ağasyan Xankəndinin işğaldan azad olunmasından sonra orada qalan erməniəsilli sakinlərdən biri idi.
Tehsil-press.az