
O, dünən gecə saatlarında Türkiyənin İstanbul şəhərində müayinə olunduğu Memorial Şişli xəstəxanasında dünyasını dəyişib.
Bildirilir ki, K.Həsənov İstanbulda ürək əməliyyatı keçiribmiş. Əməliyyatdan sonra o, həyatını itirib.
Qeyd edək ki, K.Həsənov 1961-ci ildə Saatlı rayonunda anadan olub. O, uzun illər "Azərsu" ASC-nin sədr müavini işləyib, daha sonra sədr vəzifəsini müvəqqəti icra edib. Bu il isə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinə sədr təyin olunub.
Tehsil-press.az