Ən yaşlı insan vəfat etdi

Ən yaşlı insan vəfat etdi Planetın əş yaşlı sakini, ABŞ vətəndaşı 116 yaşlı Süzanna Muşatt Cons vəfat edib.

Tehsil-press.az Associated Press-ə istinadən xəbər verir ki, S.Cons Nyu-Yorkun Bruklin rayonundakı qocalar evində dünyasını dəyişib.
S.Cons 1899-cu ildə Alabama ştatında anadan olub, ailədə sayca 10-cu uşaq olub. 1923-cü ildə Nyu-Yorka köçüb və xəstə baxıcısı işləyib. Cəmi 200 dollar məvacib alan qadın bacılarının və qardaşlarının üç uşağının kollecdə təhsil haqlarını ödəyib və bunu həyatının əsas nailiyyəti kimi dəyərləndirib.
S.Cons Yaponiya vətəndaşı Misao Okavanın ölümündən sonra planetimizin ən yaşlı insanı kimi Ginnesin Rekordlar Kitabında keçən il qeydə alınıb. Bundan sonra planetimizin ən yaşlı insanı italiyalı Emma Morano sayılacaq - o, S.Consdan yaşca bir neçə ay kiçikdir.


Tehsil-press.az

Oxşar xəbərlər