
Forum Azərbaycan və Özbəkistan arasında elm və ali təhsil sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən əhəmiyyətli bir platforma rolunu oynayıb. Tədbirin açılış mərasimində çıxış edən Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Şaxrux Daliyev və Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev iki ölkə arasında əməkdaşlıq əlaqələrinin dinamik inkişafını vurğulayıblar.
Forum çərçivəsində universitetlər arasında ikili diplom proqramlarının yaradılması, tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar və beynəlxalq reytinqlərdə irəliləyiş kimi mövzular ətrafında səmərəli müzakirələr aparılıb. Görüşlərin nəticəsi olaraq MDU və Özbəkistanın aparıcı ali təhsil müəssisələri arasında yeni əməkdaşlıq layihələrinin əsasını qoyan protokollar imzalanıb. Buna uyğun olaraq MDU ilə Özbəkistanın Səmərqənd Dövlət Universiteti, Əndican Xarici Dillər Universiteti və Daşkənd Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq protokolları imzalanıb.
İmzalanan sənədə uyğun olaraq tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar və akademik əlaqələrin gücləndirilməsi təmin ediləcəkdir.
Qeyd edək ki, S.Əhmədova Özbəkistana səfəri çərçivəsində “Study in Azerbaijan” Təhsil Sərgisində iştirak edərək MDU-nu təmsil edir.
Tehsil-press.az