Bakı Dövlət Universiteti (BDU) ilə Özbəkistanın Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Son illərdə dünyanın nüfuzlu elm və təhsil müəssisələri ilə sıx əlaqələr quran, ikili diplom proqramlarını həyata keçirən BDU beynəlxalq əlaqələrini genişləndirir. Hazırda beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi universitetinin inkişaf strategiyasında prioritet istiqamətlərdən hesab olunur. BDU ilə Səmərqənd Dövlət Universiteti arasında imzalanan müqavilədə də bu istiqamətdə atılan növbəti addım kimi təhsil müəssisələri arasında akademik, elmi və mədəni mübadilə imkanlarının inkişafı, elmi-tədqiqat işlərində əməkdaşlıq məsələləri nəzərdə tutulur.
Sənədi BDU-nun rektoru Elçin Babayev və Səmərqənd Dövlət Universitetinin rektoru Rustam Xalmuradov imzalayıblar.
Müqavilənin məqsədi birgə konfransların, seminarların, simpoziumların keçirilməsi, elmi jurnallarda birgə məqalələrin çap etdirilməsi, ortaq tədqiqat layihələrin işlənməsi, mədəni proqramların təşkili, akademik və inzibati kadrların, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı təmin etməkdir.
2020-ci ildə 600 illiyini qeyd edən Səmərqənd Dövlət Universitetində 15 fakültə, 19 mərkəz və şöbə fəaliyyət göstərir. Ümumilikdə 34 bakalavr və 40 magistr proqramı üzrə kadr hazırlığı həyata keçirilir.
Tehsil-press.az