Bu barədə Səhiyyə Nazirliyinin əhaliyə müraciətində qeyd olunub.
Bildirilib ki, Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə qarşıdan gələn Qurban bayramı və istirahət günlərində, xüsusilə risk qrupuna daxil olan şəxslərə aşağıdakı tövsiyələri verir:
- Kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə edin;
- Əl gigiyenasına ciddi riayət edin;
- Gündəlik qidalanmada vitaminlərlə zəngin ərzaqlara üstünlük verin;
- Geyim seçimində mövsümü deyil, hava şəraitini nəzərə alın.
"Səhiyyə Nazirliyi hər bir vətəndaşı sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmağa, həmçinin özünü və ətrafındakıları xəstəliklərdən qorumağa çağırır", - deyə müraciətdə qeyd olunub.
Tehsil-press.az
















