Azərbaycanda tanınmış hakimin oğlu hakim təyin olundu

Azərbaycanda tanınmış hakimin oğlu hakim təyin olundu Azərbaycanda tanınmış hakimin oğlu hakim təyin olunub.

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Mingəçevir Şəhər Məhkəməsinin hakimi təyin olunan Tural Hüseynli Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Mirbahəddin Hüseynovun oğludur.

Qeyd edək ki, Mirbahəddin Hüseynov bu ilin dekabr ayında yaş həddi ilə əlaqədar təqaüdə göndəriləcək.

M.Hüseynov ötən ilin aprel ayında Gəncə Apellyasiya Məhkəməsinin sədri vəzifəsindən azad edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər