Tovuzda 70 yaşlı kişi idmanla məşğul olarkən öldü

Tovuzda 70 yaşlı kişi idmanla məşğul olarkən öldü Tovuz rayonunda 70 yaşlı kişi stolüstü tennis oynayan zaman dünyasını dəyişib.
Tehsil-press.az xəbər verir ki, yerli sakin Müzəffər Abdullayev oyun zamanı özünü pis hiss etdiyini bildirib və o, dərhal xəstəxanaya çatdırılıb.
Lakin həkimlərin səylərinə baxmayaraq, həvəskar tennisçinin həyatını xilas etmək mümkün olmayıb. Onun ölümünə ürək tutması səbəb olub.
M.Abdullayevin həftənin 4 günü adıçəkilən idman növü ilə məşğul olduğu bildirilir.

Oxşar xəbərlər