
Bununla bağlı “The Herald Sun” nəşri məlumat yayıb.
Bildirilib ki, şirkətlərin top-menecerləri, yəni CEO-lar ildə 1,5 milyon dollara qədər olan qazancları ilə siyahıya başçılıq edir:
“Həmçinin, maliyyə sahəsində çalışanlar da altı rəqəmli maaşları ilə seçiliblər. Digər sıralarda beyin cərrahlığı ixtisası yer alıb. Məlum olub ki, bu peşənin sahibləri ildə orta hesabla 500-800 min dollar qazanırlar. Süni intellekt mühəndisləri 2025-ci ildə ikinci ən çox qazanan qrup seçilib. Onların illik gəliri orta hesabla 180-350 min dollar olub. Siyahıya hakerlər, rəqəmsal sahədə işləyənlər də daxil ola bilib. Onlar ildə 125 min dollar gəlir əldə ediblər”.
Mütəxəssislərin fikrincə, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal sağlamlıq və bərpa olunan enerji sektorları qarşıdakı illərdə gəlir gətirməyə davam edəcək.
Tehsil-press.az