Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın müdafiə naziri Ruslan Jaqsılıkovu vəzifəsindən azad edib. Müdafiə Nazirliyinin yeni rəhbəri daha əvvəl müdafiə nazirinin müavini – Qazaxıstan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinin baş komandanı vəzifəsini icra edən Dauren Kosanov təyin olunub.
Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bundan əlavə, Tokayev nəqliyyat naziri Marat Karabayevin də vəzifədən azad edilməsi barədə qərar verib. Qeyd edək ki, prezident ona daha əvvəl töhmət elan etmişdi.
Qazaxıstan Nəqliyyat Nazirliyinə kimin rəhbərlik edəcəyi barədə isə hələlik məlumat verilməyib.