Qazaxıstan Prezidenti: pandemiya 2 il davam edə bilər

Qazaxıstan Prezidenti: pandemiya 2 il davam edə bilər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev pandemiyanın ən azı 2 il davam edəcəyini açıqlayıb. Qazaxıstan Prezidenti xalqa müraciəti çərçivəsində bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanı məğlub etmək üçün iki il lazım olacağını proqnozlaşdırır. Kasım –Jomart Tokayev 2023-cü ilə qədər pandemiyaya qarşı mübarizə üçün 1 trilyon təngə ayrılacağını bildirib.
Ölkə başçısı, həmçinin Fövqəladə Hallar Nazirliyinin yenidən yaradılmasını da təklif edib.
“Təbii və texnogen fəlakətlər dövründə yaşadığımızı nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyini yenidən yaratmağın vacibliyini təklif edirəm”,- deyib.
Qeyd edək ki, 2014-cü ilin avqust ayından ölkədə FHN ləğv olunaraq səlahiyyətləri Daxili İşlər Nazirliyinə verilmişdi.
Bundan başqa prezident ölkənin yeni iqtisadi kursunun əsas prinsiplərini də açıqlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər