Kəlbəcərdə dolu, leysan və sel... - Video

Kəlbəcərdə dolu, leysan və sel... - Video Bu gün Kəlbəcər rayonuna şiddətli dolu yağıb.

Təbiət hadisəsi əsasən rayonun mərkəzi və bir neçə kəndində qeydə alınıb.

Güclü dolu 20 dəqiqədən artıq davam edib.

Kənd sakinləri bildiriblər ki, rayon işğaldan azad olunduqdan sonra bu cür şiddətli dolu, leysan və sel ilk dəfədir müşahidə olunur. Yağıntının təsiri ilə bir sıra küçə və yolları palçıq və su basıb.

Hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur, lakin bir neçə fərdi təsərrüfata ziyan dəyib.

Tehsil-press.az

Oxşar xəbərlər