
Bunu açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib. O bildirib ki, paytaxtın Ağdama köçürüləcəyini düşünmür:
“Ağdamda, ümumiyyətlə, azad edilən ərazilərdə böyük bərpa-quruculuq işləri həyata keçirilir. Ağdamda isə təxminən 100 minlik şəhər inşa edilir. Binalar tikilib, müasir yollar salınıb, infrastruktur layihələri həyata keçirilib. Ağdamlılar 30 ilə yaxındır öz doğma yurdlarından kənarda yaşayırlar. İlk növbədə, onların öz doğma yurdlarına qayıtmaq haqları var və bu, dövlət tərəfindən təmin ediləcək, bu istiqamətdə addımlar atılır. Amma paytaxtın Ağdama köçürülə biləcəyi ehtimalının olduqca aşağı olduğunu hesab edirəm. İstənilən halda, gələcəkdə bu məsələlər qaldırıla bilər. Bakı paytaxt kimi qala bilər, bəzi nazirliklərin və ali təhsil müəssisələrinin bölgələrə köçürülməsi ilə sıxlığa son qoyula bilər”.
Tehsil-press.az