Bir neçə idarənin rəisi dəyişdi

Bir neçə idarənin rəisi dəyişdi Baş Prokuror Kamran Əliyevin əmri ilə Baş Prokurorluqda bəzi idarə rəisləri təyin edilib.

Abdullayev Natiq Saleh oğlu Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə, Həsənəliyev Fazil Əsgər oğlu Elm-Tədris mərkəzinə, Mahir Abbasov İstintaqa Nəzarət İdarəsinin, Kazımov Ceyhun Sultan oğlu Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə rəis təyin ediliblər.

Qeyd edək ki, təyin olunan şəxslər əvvəllər başqa idarələrin rəisləri olublar.

***

Bundan əlavə Bakının Xətai rayonuna prokuror təyin edilib.

Baş prokuror Kamran Əliyev bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, Sərdar İmanov 2-ci səlahiyyət müddətinə Xətai rayon prokuroru vəzifəsinə təyin olunub.

Tehsil-press.az

Oxşar xəbərlər