AZAL bu reysləri BƏRPA EDİR

AZAL bu reysləri BƏRPA EDİR Bu gündən milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı–Təl-Əviv–Bakı marşrutu üzrə uçuşları bərpa edir.

Bu barədə AZAL-dan məlumat verilib.

Xatırladaq ki, reyslərin müvəqqəti dayandırılması Yaxın Şərqdəki gərgin vəziyyət və bunun nəticəsində bir sıra ölkələrin hava məkanının bağlanması ilə bağlı idi. Hazırda bölgədə vəziyyətin sabitləşməsi Azərbaycan və İsrail arasında təhlükəsiz hava nəqliyyatının bərpasına imkan verir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.

Tehsil-press.az

Oxşar xəbərlər