Xalqı sülhə hazırlamaq əvəzinə Ermənistan rəhbərliyi nifrət ritorikasını daha da gücləndirir

Xalqı sülhə hazırlamaq əvəzinə Ermənistan rəhbərliyi nifrət ritorikasını daha da gücləndirir Hikmət Hacıyev Nalbandyanın məlum müsahibəsini şərh edib.

Xalqı sülhə hazırlamaq əvəzinə Ermənistan rəhbərliyi nifrət və şovinizm ritorikasını daha da gücləndirir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, bunu Ermənistan xarici işlər naziri E.Nalbandyanın Azadlıq radiosuna müsahibəsini şərh edən XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Rəsmi İrəvan yenə də hər vəchlə iyun ayında münaqişənin həlli üzrə hərtərəfli siyasi prosesə başlamağa mane olmağa yönəlmiş destruktiv siyasət yürütməklə məşğuldur.
Onun sözlərinə görə, 16 may 2016-cı il tarixində keçirilmiş Azərbaycan və Ermənistan Prezidentləri və ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin xarici işlər nazirlərinin Vyana görüşündən sonra Ermənistan rəhbərliyi və xarici işlər naziri elementar diplomatik etikaya sığmayan şəkildə görüşün mahiyyətini təhrif etməyə yönəlmiş söz yarışındadır.
Münaqişənin həlli üzrə ciddi və konstruktiv danışıqlara başlamağa zəmin yaratmaq üçün Azərbaycan Vyana görüşündə atəşkəs rejiminə dair müsbət mövqeyini bildirdi. Bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən qəbul olunur ki, münaqişənin həlli üzrə hərtərəfli prosesin tərkib hissəsi kimi qəbuledilməz və qeyri-davamlı olan status kvo dəyişdirilməli, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.
Zahirən belə təəssürat yaranır ki, Ermənistan xarici işlər naziri ya Vyana görüşünün mahiyyətini başa düşməyib, ya da qəsdən özünü bilməməzliyə vurur. Təsadüfi deyildir ki, Vyana görüşündən sonra əsasən daxili tələbata yönəlmiş cəfəng açıqlamalar yarışında olan Ermənistan xarici işlər naziri Vyana görüşünün əsas qayəsi olan hərtərəfli sülh prosesinin başlanmasına bir dəfə belə toxunmayıb.
Xalqı sülhə hazırlamaq əvəzinə Ermənistan rəhbərliyi nifrət ritorikasını daha da gücləndirir
Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyan
Rəsmi İrəvan yenə də hər vəchlə iyun ayında münaqişənin həlli üzrə hərtərəfli siyasi prosesə başlamağa mane olmağa yönəlmiş destruktiv siyasət yürütməklə məşğuldur.
Xalqı sülhə hazırlamaq əvəzinə Ermənistan rəhbərliyi nifrət və şovinizm ritorikasını daha da gücləndirir.
Vyana görüşündən sonra Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamasına münasibət bildirən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov vurğulamışdı:
"Vyanada Keçirilmiş danışıqlar münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır. Bu danışıqlar mümkün olan ən tez bir zamanda başlamalı və regionun əhalisi və beynəlxalq ictimaiyyətin çoxdan gözlədiyi əsaslı nəticələr hasil edilməlidir".


Tehsil-press.az

Oxşar xəbərlər