Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Azərbaycana gətiriləcək

Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Azərbaycana gətiriləcək Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi bu gün Azərbaycana 20:00 radələrində gətiriləcək.

Qətlə yetirilən şəxslərin qardaşı Seyfəddin Hüseynli bildirib ki, bu barədə Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğundan məlumat verilib.

“Mənə bildirdilər ki, qardaşlarım Hüseyn və Ziyəddin Səfərovların nəşini gətirəcək təyyarə 20:00 radələrində Bakıya çatacaq”. O, qardaşlarının dəfn yerinin hələ müəyyənləşmədiyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər