
Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, iyulun 3-ü saat 19:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.
Daşkəsən, Gədəbəy, Qusarda arabir yağış yağır.
Küləyin maksimal sürəti
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Culfada 22, Neftçalada 21, Bakıda və Abşeron yarımadasında 20, Naftalanda 18 m/s-yə çatır.
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-dək davam edəcəyi gözlənilir.
Tehsil-press.az