
O, başqa işə keçib.
R.Məmmədov bu səbəbdən İcra Hakimiyyətindəki işindən ayrılıb.
İmişli Rayon İcra Hakimiyyətindən məlumatı təsdiqləyiblər.
R.Məmmədov isə bildirib ki, səhhəti ilə əlaqədar olaraq, aprel ayının 1-dən öz xahişi əsasında, İmişli Rayon İcra Hakimiyyəti başçının müavini - Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsindən ayrılıb: “Hazırda ev şəraitində müalicə alıram. Bir neçə gündən sonra isə əməliyyat olunacam”.
Xatırladaq ki, tanınmış jurnalist olan R.Məmmədov “ANS TV” və “Avto FM” radiosunda bir sıra vəzifələrdə işləyib.
O, daha sonra Dövlət Məşğulluq Agentliyinin Media və informasiya təminatı şöbəsində baş mütəxəssis, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının mətbuat katibi vəzifəsində çalışıb.
2024-cü ilin may ayında İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini - Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdu.
Tehsil-press.az