ABŞ-da 450-dən çox yazıçı Trampın namizədliyinə qarşı çıxıb

ABŞ-da 450-dən çox yazıçı Trampın namizədliyinə qarşı çıxıb 450-dən çox yazıçı, o cümlədən məşhur Stiven Kinq milyarder Donald Trampın ABŞ prezidenti postuna namizədliyinə qarşı onlayn-petisiya imzalayıblar.

Tehsil-press.az “RİA Novosti”yə istinadən xəbər verir ki, yazıçılar Mark Slauka və Endrü Altşul “İPetitions” saytında petisiya yerləşdiriblər. Məqsəd 10 min imza toplamaqdır. Hələlik petisiyaya 6220 nəfər qoşulub.
“Nə var-dövlət, nə də şöhrət insanı ABŞ adından danışmağa, ölkənin ordusuna rəhbərlik etməyə, onun tərəfdaşlarını dəstəkləməyə və vətəndaşlarını təmsil etməyə öyrətmir”, - petisiyanın mətnində belə deyilir.


Tehsil-press.az

Oxşar xəbərlər