AMEA-nın Alimlər Evində bu qurumun və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə dünya şöhrətli detektiv yazar, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib.
Bu barədə Tehil-press.az-a Bilik Fondundan məlumat verilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Alimlər Evində təşkil olunan bu görüşün əhəmiyyətini vurğulayaraq, əsas məqsədin dünya şöhrətli yazıçı Çingiz Abdullayevi daha yaxından tanımaq olduğunu bildirib. Alim Çingiz Abdullayevin ən çox oxunan detektiv yazarlardan biri olduğunu qeyd edərək, böyük yazıçının zəngin ədəbi yaradıcılığından söz açıb.
Onun yaratdığı "Dronqo" obrazının milyonlarla oxucu tərəfindən sevildiyini, bu obrazın öz sələfi olan detektiv qəhrəmanlarının bir çox müsbət keyfiyyətlərini özündə birləşdirdiyini diqqətə çatdırıb: "Görkəmli yazıçının əsərləri nəinki Azərbaycanda, eləcə də dünyanın yüzlərlə ölkəsində böyük məhəbbətlə oxunur".
AMEA-nın vitse-prezidenti Çingiz Abdullayevi tanınmış dünya yazarları ilə müqayisə edərək, onun siyasi detektiv əsərlərinin dünyada örnək kimi qəbul edildiyini bildirib. Sonra Xalq yazıçısı Çingiz Abdullayev yaradıcılığının əsas istiqamətləri barədə danışıb. O, gənclərimizi xalqın mədəni inkişafı naminə daha çox bədii kitab oxumağa səsləyib.
Ç.Abdullayev neçə-neçə görkəmli xalq yazıçılarının təmsil olunduğu Azərbaycan Yazıçılar Birliyinin ədəbiyyat tariximizdə əvəzsiz rolunu qeyd edərək bu qurumun üzvü olduğu üçün qürur hissi keçirdiyini dilə gətirib.
Ç.Abdullayev onu da vurğulayıb ki, yazıçı beyninin məhsulu olan əsərlər hansı dildə yazılmasından asılı olmayaraq oxucunun ruhunu oxşamalı, mənəvi tələbatını ödəməlidir, vacib məqam yazarın dünya miqyasında qəbul olunması və oxucu kütləsi qazanmasıdır.
Yazıçı son zamanlar cəbhə xəttində baş verən hadisələrə münasibət bildirərək deyib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yönündə yazarlarımızın üzərinə də böyük məsuliyyət düşür.
Xalq yazıçısı Çingiz Abdullayev belə görüşlərin təşkili üçün AMEA rəhbərliyinə və Bilik Fonduna təşəkkürünü bildirib. Sonra yazıçı tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb, oxuculara imzalı kitablarını hədiyyə edib.
tehsil-press.az