Qubada Yay düşərgəsində astronomiya haqqında sərgi və kosmik müşahidə sessiyası təşkil olunub

Qubada Yay düşərgəsində astronomiya haqqında sərgi və kosmik müşahidə sessiyası təşkil olunub Bakı Dövlət Universiteti (BDU), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, "BDU könüllüləri" təşkilatı və "Əmanət" Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin iştirakçıları üçün astronomiya haqqında sərgi təşkil olunub.

Sərgi zamanı iştirakçılara astronomiya elminin əsas istiqamətləri, kainatın quruluşu, göy cisimlərinin hərəkət trayektoriyaları, planetlərarası dinamika və bu hərəkətlər zamanı yaranan zaman fərqləri barədə ətraflı məlumat təqdim edilib.

Bundan başqa, astronomiya və kosmos mövzusunda çəkilmiş tanınmış elmi-fantastik filmlər, onların süjet xəttində əks olunan elmi elementlər və bu elementlərin reallıqla əlaqəsi də iştirakçıların diqqətinə çatdırılıb. Sərgi interaktiv xarakter daşıyıb və iştirakçılara müzakirələrdə fəal iştirak etmək, suallar vermək və mövzu ətrafında fikir bildirmək imkanı yaradılıb.

Axşam saatlarında keçirilən kosmik müşahidə sessiyası zamanı isə iştirakçılar teleskop vasitəsilə Ayın səthini, bir sıra planetləri və digər göy cisimlərini müşahidə ediblər. Müşahidə prosesi təlimatçıların müşayiəti ilə aparılıb və iştirakçılara gördükləri obyektlər haqqında elmi izahlar təqdim olunub.

Tehsil-press.az 

Oxşar xəbərlər