
Səfərin məqsədi müasir astronomiyanın ən aktual sahələrindən olan exoplanetlərin öyrənilməsi, Azərbaycanda bu elmi-tədqiqat sahəsinin inkişaf etdirilməsi və həyatın varlığı ehtimal olunan Yerəbənzər planetlərin axtarışıdır.
Qarşıya qoyulan hədəf təkcə nəzəri metodlarla deyil, həmçinin yüksək dəqiqlik tələb edən müşahidə materiallarının alınması ilə mümkündür. Ş.Nəbiyev birgə elmi-tədqiqat işlərinin nəticələrini Astronomiya İnstitutunun əməkdaşlarına xüsusi seminar formatında çatdırıb, iki məqaləsini astronomiya səhəsində impakt faktorlu jurnallarda çap etdirib.
Qeyd edək ki, Astronomiya İnstitutu ABŞ-ın bu sahədə ən nüfuzlu tədqiqat mərkəzlərindəndir və böyük optik teleskoplarla (Mauna Kea Observatories) təchiz olunub.
Tehsil-press.az