Təlimdə iştirakçılara müxtəlif yerli və beynəlxalq təqaüd proqramları, tələbə mübadilə təşəbbüsləri, gənclər üçün nəzərdə tutulan liderlik və könüllülük proqramları, eləcə də beynəlxalq əməkdaşlıq platformaları haqqında ətraflı məlumat verilib. Gənclərin fərdi təşəbbüslərini reallaşdırmaq imkanları və layihələrin hazırlanması mərhələləri geniş izah olunub. Layihə ideyasının formalaşdırılması, məqsəd və hədəflərin düzgün müəyyənləşdirilməsi, fəaliyyət planının hazırlanması, risklərin qiymətləndirilməsi, büdcənin tərtib olunması və qiymətləndirmə mexanizmləri kimi əsas komponentlər üzərində praktiki nümunələr işlənilib.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb və onların ideyaları ilə bağlı müzakirələr aparılıb.
Tehsil-press.az