
Salyan rayon sakini, 24 yaşlı Rəşad İslamov çayda boğulub.
Yaxınlarının sözlərinə görə, R.İslamov əvvəllər Bakıda aşpaz kimi işləyirmiş. Bir müddət əvvəl isə işləmək üçün Rusiyaya yola düşüb.
O da qeyd olunub ki, hazırda ailə imkansızlıq səbəbindən meyiti Bakıya gətirməyə çətinlik çəkir.
Bundan başqa, mərhumun Vətən müharibəsi iştirakçısı olduğu da bildirilir.
Tehsil-press.az