
Bunu açıqlamasında xalq artisti Firəngiz Mütəllimova deyib.
O bildirib ki, tələbə müəlliminə mütləq inanmalıdır: “Hər yerindən durana müəllim demək olmaz. Müəllimdə savad, sənətə sevgi, özgüvən və dərs dediyi tələbələrin ona inamı olmalıdır. Tələbə müəlliminə inananda hər şey yolunda gedir. Mən də öz müəllimim Böyükağa Kazımova inanırdım. Ona ilahi bir varlıq kimi baxırdım. Müəllimlər hiss edir də, onu kim sevir, kim sevmir?”.
Xalq artisti qarşıdan gələn 2 avqust Milli Kino Günü münasibətilə həmkarlarını təbrik də edib: “Azərbaycan kinosu deyəndə ilk olaraq Rasim Balayevin siması göz önünə gəlir. Mən məktəbdə oxuyanda “Nəsimi” filmində baxmışdım və ona məktub yazmışdım. Özü də yazmışdım ki, “siz bəlkə heç bu məktubu oxumayacaqsız, cırıb atacaqsız”. İllər keçəndən sonra Rasim Balayev dedi ki, “narahat olma, məktubunu oxumuşam, cırıb atmamışam”. Mən kinoda çox çəkilməmişəm, 7-8 filmim olub. Bütün kino işçilərinin bayramını ürəkdən təbrik edirəm. Arzu edirəm ki, onlar kinomuzdan əskik olmasınlar”.
Tehsil-press.az