
Məsələylə bağlı şirkətlə əlaqə saxladıq. Şirkətin mətbuat katibi Kənan Məstəliyev hadisəni təsdiqləyərək mərhumun 1 ildən çoxdur ki, rəsmi işçi kimi çalışdığını bilirib:
“Akif Yusifov artıq bir ildir ki, fəhlə kimi işləyirdi. Bütün təhlükəsizlik tədbirləri görülsə də, bədbəxt hadisə baş verib. Tikinti zamanı işçilərin başında kaskası, əynində xüsusi geyimi olub. Ancaq tikintidə bu kimi bədbəxt hadisələr baş verir. Üzülürük, ancaq əlimizdən ailənin yanında olmaqdan başqa bir şey gəlmir. Biz heç vaxt işçilərimizin ailəsini pis vəziyyətdə saxlamırıq.
Mərhumun yas xərcləri şirkət tərəfindən ödənilib. Bundan sonra da nə lazım olsa, etməyə hazırıq”.
Tehsil-press.az