
Bunu açıqlamasında xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev deyib. O daha sonra aktyor sənətində təcrübənin çox vacib olduğunu vurğulayıb:
“Səhv etmirəmsə Xaçmazda və Qubada qiyabi dram və kino aktyoru fakültəsi açmışdılar. Belə şey olar? Başqa sənətləri qiyabi oxumaq olar, aktyor və rejissor sənətini sən necə qiyabi oxuya bilərsən? Onlar gündəlik məşq etməlidirlər. Hər şey təhsildən və təcrübədən başlayır. Praktikada film çəkməlidirlər. Nəzəri cəhətdən onları universitetdə hazırlayırlar, bu işi həyata keçirmək üçün axı praktika olmalıdır” deyə sənətkar bildirib.
Tehsil-press.az