Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı xalq artisti Rasim Balayevlə bağlı açıqlama yayıb.
R. Balayev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü deyil: “O, rəhbəri Rüstəm İbrahimbəyov olan ittifaqın üzvü eyni zamanda katibidir. Hazırda da bu vəzifəni daşıyır. Buna baxmayaraq, Rasim Balayevin vəziyyətinin ağır olmasından xəbər tutduqdan sonra İttifaqının sədri Şəfiqə Məmmədovanın göstərişi ilə onunla əlaqə saxlanılıb. Ona “nə köməklik lazımdır edə bilərik” deyilib. Lakin Rasim Balayev bildirib ki, “Jurnalistlər mənim haqqımda tamamilə yalan məlumat verib. Mənim vəziyyətim əladır, heç bir köməyə ehtiyacım yoxdur””.
İttifaqın açıqlamasında o da qeyd edilib ki, R. Balayev ayda 1300 manat prezident təqaüdü, 1000 manat şəxsi pensiya, xalq artisti adına görə 100 manat, orden və medallarına görə də müəyyən ödənişlər alır: “Bundan əlavə reklam və seriallara da çəkilir, istədiyi qonorarı ala bilir. Buna baxmayaraq, Rasim Balayev istənilən vaxt qurumumuza müraciət edərsə, ona köməkilk göstərməyə hazırıq. Şəfiqə Məmmədovanın dediyi kimi, “çünki o, Rasim Balayevdir””.
Xatırladaq ki, bu günlərdə R. Balayev “Respublika Kinematoqrafçılar İttifaqından sizinlə maraqlanan olubmu” sualına “Yox... istəmirəm də” deyə cavab verib.
Qeyd edək ki, xalq artisti Rasim Balayevin səhhəti ilə bağlı məsələni gündəmə deputat Zeynəb Xanlarova gətirib. O, parlamentə çıxış edərək deyib ki, R. Balayevin dərman almağa pulu yoxdur: “Mən millətin adından xahiş edirəm ki, onunla məşğul olsunlar. Aldığı pul nədir ki onu da dərmanlara versin?”.
Tehsil-press.az