Bakıda polis polkovnik-leytenantı parkda öldü
Azərbaycanda yüksək vəzifəli polis parkda dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tehsil-press.az verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsində baş inspektor, polis polkovnik-leytenantı Ceyhun Həsənov səhər saatlarında Nərimanov rayonu ərazisindəki Dədə Qorqud parkında idman edərkən qəfildən halı pisləşib. Yerə yıxılan polkovnik-leytenantın başı daşa dəyib və o, dünyasını dəyişib.
Dərhal hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb edilsə də onun öldüyü məlum olub.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.Tehsil-press.az
- Baxış: 6852
Xəbərin tarixi: 27.05.2016 / 16:34
-
Oxşar xəbərlər