İŞİD terrorçularının nə qədər maaş aldığı məlum olub

İŞİD terrorçularının nə qədər maaş aldığı məlum olub Türkiyənin Qaziantep bölgəsində keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu İŞİD qruplaşması üzvlərinə verilən maaş cədvəli aşkar edilib.
Məlumata görə, qruplaşmanın Qaziantepdə toplaşdığı yerdə aparılan araşdırma zamanı oradan partlayıcı maddələr, maaş cədvəlləri, təbliğat materialları aşkarlanaraq götürülüb. Burada terrorçu qruplaşmanın 23 terrorçusunun kod adı yazılan maaş cədvəli də aşkar edilib. Cədvəldə maaşın miqdarı 120-690 dollar arasında dəyişir. Cədvələ əsasən, terrorçu qruplaşmasının subay silahlısına 120 dollar maaş, terrorçu evli olarsa, o zaman həyat yoldaşı üçün 120, hər uşağa isə 50 dollar pul verilir. Məlumata görə, elektrik və su sərfiyyati üçün 50 dollar, ev kirayəsi üçünsə 300 dollar əlavə pul ödənilir.

Tehsil-press.az

Oxşar xəbərlər