"Kapital Bank" müştərilərinə yeni "BirKart" məhsulunu təqdim edib.
Bankdan Tehsil-press.az-a bildiriblər ki, sosial şəbəkələrdə populyar olan "Səndən 1 dənədir" tizer-reklamı ilə təqdim edilən "BirKart" müştərinin istəyindən asılı olaraq kredit, maaş, pensiya, depozit, bonus və debet kart funksiyalarını özündə birləşdirir. "BirKart" maaş və ya pensiyasını "Kapital Bank"dan alan müştərilərə veriləcək. Kredit rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur. "Visa Classic", "Visa Gold" və "Visa Platinum" əsasında olan "BirKart" 36 ay müddətə verilir, balansındakı məbləğ isə müştərinin aylıq gəlirindən asılı olaraq 10 min manatadək ola bilər.
Kartdan nağdsız xərclənən məbləği 40 günədək faizsiz güzəşt müddəti ilə, bankın tərəfdaş şəbəkəsində xərclənən məbləği isə 2-12 və 18 ay müddətə hər ay ödəmək olar. "BirKart"dan məbləğin bankomatlarından nağd çıxarılması da mümkündür. "BirKart"dan kredit qismində xərclənən vəsait məvacib, təqaüd və ya müştərinin mədaxil etdiyi məbləğdən silinə bilər.
Bundan başqa, "BirKart"a müştərinin yerləşdirdiyi şəxsi pul vəsaitinə kartın növündən asılı olaraq illik 3 faizədək əmanət faizi hesablanır. Nağdsız ödənişlər etdikdə isə "BirKart"ın balansına müəyyən bonuslar yığılır və bu bonusları pula çevirmək mümkündür.
Maraqlananlar "BirKart" haqqında ətraflı məlumat almaq üçün www.birkart.az saytına, 196 sorğu mərkəzinə və ya kartın facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərlər.
Tehsil-press.az