Günəş fəallığı çox aşağı səviyyədə qalacaq

Günəş fəallığı çox aşağı səviyyədə qalacaq Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.
Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir, fəal oblast yoxdur. Əldə olunan görüntülərdə Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.
Son 24 saat ərzində Günəş küləyi parametrlərinin zəifləyən CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəlikdən çıxan Yüksək Sürətli Axınlar) effekti fonunda azacıq yüksək səviyyədə olması müşahidə edilib.
Fevralın 11-dən 13-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
2 MeV-dən çox enerjili elektron selinin orta və yüksək səviyyədə olacağı, 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.
Günəş küləyi parametrlərinin yaxşılaşacağı proqnozlaşdırılır. Ümumi geomaqnit sakitlik gözlənilsə də, fasilələrlə zəif fəal şəraitin - zəif həyəcanlaşmanın ola biləcəyi istisna edilmir. Maqnit qasırğasının başvermə ehtimalı 5 faizdən aşağı qiymətləndirilir.

Tehsil-press.az

Oxşar xəbərlər