Diqqətli olun, bu gün və sabah maqnit qasırğası olacaq

Diqqətli olun, bu gün və sabah maqnit qasırğası olacaq Bu gün və sabah əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti artacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev Təhsil-press.az-a deyib ki, bu tarixlərdə geomaqnit həyəcanlaşması və hətta G1 (27 sentyabrda) və G2 (28 sentyabrda) sinifli qasırğa gözlənilir (maksimal şkala G5-dir).
Geomaqnit həyəcanlaşmasının əsas səbəbi Günəş səthində hazırda mövcud olan və orta ölçülü “tac dəliyi”ndən başlanğıcını götürəcək yüksək sürətli Günəş plazma küləyinin təsiridir:
E.Babayev deyib ki, “Tac dəlikləri”ndən yüklü plazma zərrəciklərı Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də Yerə doğru yönəlir. Sentyabrın 27-28-də plazma küləyinin sürəti kifayət qədər artacaq:
"Bu gün atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır".

Təhsil-press.az

Oxşar xəbərlər