Valeri Meladzenin qızı axtarışa verildi

Valeri Meladzenin qızı axtarışa verildi Məşhur müğənni Valeri Meladzenin qızı avtomobil cərimələrini ödəmədiyi üçün məhkəmə icraçıları tərəfindən axtarılır.

22 yaşlı qız cərimələrin ödənişini gecikdirib. Buna görə də Arina Meladze barəsində Federal Məhkəmə İcraçıları Xidməti tərəfindən icraata başlanılıb. Səbəb isə iyunun 1-də yazılan cərimə olub. Bu zaman Arina öz qırmızı “Mercedes GLA” avtomobilində sürət həddini aşıb və 750 rubl cərimələnib.

Daha əvvəl xəbər verilib ki, Arina Meladze ümumilikdə 123 min rubl məbləğində 153 cərimə toplayıb. Hazırda ödənilməmiş 4500 rubl məbləğində 6 cəriməsi var.

Tehsil-press.az

Oxşar xəbərlər