Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunda 2306.01- “Üzvi kimya” ixtisas fənni üzrə doktorluq imtahanı keçirilib. İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədovun 24 noyabr 2025-ci il tarixli 117 №-li əmrinə əsasən doktorluq imtahanının qəbulu ilə əlaqədar institutda imtahan komissiyası yaradılıb. Sabiq doktorant Aysel Rzayeva imtahanda iştirak edib. Bilet üsulu ilə keçirilən imtahan bitdikdən sonra nəticə komissiya tərəfindən elan olunub.
Tehsil-press.az















