Hadisə bir neçə gün öncə olub.
Belə ki, Tərtər rayonunun Qaynaq kənd sakini, 1997-ci il təvəllüdlü Samir Məmmədov (şərti ad-soyadlı) avtoyuma məntəqəsində işləyərkən arvadının qohumuna dəfələrlə əxlaqsız təkliflər edib.
Həmin qadın müəyyən səbəblərdən bir neçə gün onların evində qalıb. Bu müddətdə ev sahibi olan Samir Məmmədov arvadının evdə olmamasından istifadə edərək ona nalayiq təkliflər edib. Qadın isə baş verənləri telefona səsyazma şəklində qeydə alaraq Samirin həyat yoldaşına təqdim edib.
Məsələ üzə çıxdıqdan sonra Samir telefonu sındırıb, qadına qarşı zor tətbiq edərək onu döyüb. Zərərçəkmişin şikayəti əsasında Samir barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) və 232-ci (Əmlakı qəsdən məhv etmə) maddələri ilə protokol tərtib olunub.
Xankəndi Şəhər Məhkəməsinin qərarı ilə Samir Məmmədov inzibati qaydada 300 manat məbləğində cərimə olunub.
Tehsil-press.az